Şəhidin adını daşıyan bulaq

  • Space TV
  • 17 Dekabr 2019 14:14

Açılış rayonun Karrar kəndində baş tutub. Şəhidin doğulduğu kənd sakinləri inşa edilən bulağın açılışında toplanıb. Açılışa rayon ictimaiyyəti, idarə və müəssisə rəhbərləri də qatılıb. Şəhidin uşaqlıq və yeniyetməlik dövrlərinə nəzər yetirilib. Müəllimləri onun necə vətənpərvər biri olduğundan ağız dolusu söz açıb. Daha sonra isə açılışın rəmzi əlaməti olan ağ örpək endirilib və bulaq öz fəaliyyətinə başlayıb.

Şəhid Ziyad Mətləb oğlu Hüseynov 1975-ci il fevral ayının 8-də Kürdəmir rayonunun Karrar kəndində anadan olub. 1993-cü ildə Karrar kənd orta məktəbini bitirərək, hərbi xidmətə yola düşüb. Könüllü olaraq döyüş bölgəsinə – ön cəbhəyə yollanıb. Ziyad cəbhənin müxtəlif yerlərində şərəfli döyüş yolu keçir və onun vəzifəsi ağır çaplı silahlarla düşmənin canlı qüvvəsini məhv etmək olur. Sonuncu döyüşü 1994-cü ilin fevral ayında Ağdərə rayonunun Danaşen-2 bölgəsində olur. Həmin gün Ziyad düşmənin çoxlu sayda texnikasını və canlı qüvvəsini məhv etsə də, özü də qəhrəmancasına həlak olur. Hazırda Kürdəmir rayon küçələrindən biri onun adını daşıyır. Xalqımız Vətən uğrunda canını fəda edən oğullarının xatirəsini daim əziz tutur və tutacaqdır. Allah Rəhmət eləsin!

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun