ŞƏHADƏTİNDƏN 2 GÜN SONRA QIZI DÜNYAYA GƏLDİ – VİDEO

  • Space TV
  • 20 İyul 2020 10:45

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlərdə şəhid olan gizir Yaşar Babayevin qızı dünyaya gəlib. Şəhidimiz bu körpənin yolunu, Ata olacağı günü  düz səkkiz il gözləyib.

Şəhid olmadan öncə körpəsinin adını da özü qoyub – Narin.

Şəhidimiz Yaşar Babayev qızının dünyaya göz açmasını görmədən bu dünyadan köçdü. Sevinc və kədər bu ailənin qapısını eyni vaxtda döydü.  Əcəl, daha doğrusu erməni simasında əcəl ona 8 il həsrətində olduğu övladını görməyə imkan vermədi.

Ginekoloq bildirdi ki, Şəhid Yaşar Babayev 2 həftə əvvəl həyat yoldaşını sonuncu dəfə müayinəyə gətirib.

Allah sanki onun ömründən alıb qızı Narinin ömrünə verib.Gözün arxada qalmasın şəhidim Narinin Azərbaycan xalqına əmanətdir. Ruhun şad olsun.

LALƏ ÜLVİQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun