Şəhidimiz torpağa tapşırılıb – VİDEO

  • SpaceTV
  • 22 Sentyabr 2020 12:12

Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatının qarşısını  alarkən  Azərbaycan Ordusunun hərbicisi şəhid olub. Space TV xəbər verir ki, şəhid olmuş hərbi  qulluqcu,  müddətdən atıq  xidmət  edən  kiçik çavuş, 1982-ci il təvəllüdlü Elşən Əli oğlu Məmmədovdur. Şəhidin cənazəsi  doğulub boya-başa  catdığı Qazqulu kəndində olan   evinə   gətirilib. Vida mərasimindən sonra 38 yaşlı şəhid ailə  üzvlərinin uyuduğu Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Qeyd edək ki, şəhid  Elşən  Məmmədovun  3  övladı  əmanət qalıb.  

Paylaş

 Xəbəriniz olsun