Şəhid olmuş iki hərbçinin mənzilləri ailəsinə təqdim edilib

  • Space TV
  • 28 Yanvar 2021 13:57

401 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib olub.

Mənzil İnşaatı Dövlət Agentliyindən verilən məlumata əsasən, Hövsan Yaşayış Kompleksində 10-14 sentyabr 2020-ci il tarixlərində “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş ümumilikdə 501 mənzildən 399-nun alqı-satqısı başa çatdırılıb.

Mənzilə sahib olmuş vətəndaşlardan 36-sı mənzili öz vəsaiti hesabına, 363-ü isə güzəştli ipoteka krediti hesabına əldə edib.

2 mənzil isə 10 sentyabr 2020-ci il tarixində Hövsan Yaşayış Kompleksində mənzil seçmiş, lakin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış 2 hərbçinin ailə üzvlərinə təqdim edilib.

Bildirilib ki, “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçən Hüseynov Orxan Bəhmən oğlu və Hüseynov Fərid Fətəli oğlu Hövsan Yaşayış Kompleksində mənzillərin satışında uğurla iştirak edərək 2 otaqlı mənzil seçib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən mübarizəyə qoşulan hər iki hərbçi şəhidlik zirvəzinə ucaldığından mənzillərin rəsmiləşdirilməsi mümkün olmayıb.

Paylaş

 Xəbəriniz olsun