Şəhid İlqar Mirzəyevin oğlu da hərbiçi olacaq

  • Space TV
  • 16 İyul 2020 11:21

Ötən gün cəbhə bölgəsinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə düşmən təxribatının qarşısının alınması zamanı şəhid olan artilleriya komandiri İlqar Mirzəyev bu gün 2-ci fəxri xiyabanda dəfn olundu.Xalq oğlunu son mənzilinə hüznlə amma başı dik yola saldı.Başın sağ olsun vətən

Torpaq uğrunda ölən varsa vətəndir .Elə 25 ildir vətənə layiqli xidmət edən 48 yaşlı  İlqar Mirzəyev də vətən uğrunda şəhid oldu. O, bu gün torpağa tapşırılsada, göstərdiyi şücaətə və qəhrəmanlığa  görə hər zaman ürəklərdə yaşayacaq, axı şəhidlər heç zaman ölmürlər .

Artilleriya  komandiri  olan  İlqar  Mirzəyev şəhid olmamışdan öncə cəbhədə gedən qızğın döyüşlərdə düşmənin hərbi texnikası və canlı qüvvəsinidə məhv edib.Ancaq bu polkovnikin son döyüşü olub

Şəhidlə vida mərasimi ailəsinin  yaşadığı Xətai  rayonu Əhmədli qəsəbəsində keçirildi.

Şəhid polkovnikin vətənə əmanət 21 yaşlı oğlu, 19 yaşlı qızı qaldı.Atasının vətən yolunda canından keçməsini fəxrlə dilə gətirən oğlu Elvin Mirzəyev bundan sonrakı həyatını atasının yolu ilə gedəcəyini və zabit kimi Azərbaycan Ordusu sıralarına qatılacağını dedi

Məlumat üçünbildirək ki, düşmənin törətdiyi təxribatın qarşısının alınması zamanı ordumuzun adekvat cavabı nəticəsində düşmən böyük texnika və canlı qüvvə itkilərilə üzləşdi

Rəşad Vəkiloğlu space tv

Paylaş

 Xəbəriniz olsun