“Qardaşımın arzusu Qarabağı geri qaytarmaq idi. Bunun üçün son damla qanından belə keçdi”.
space tv-ın məlumatına görə, bunu dəfn mərasimində şəhid general-mayor Polad Həşimovun qardaşı İlham Həşimov bildirib.
“Azərbaycan tarixində ilk səngərdə əsgərlə bir şəhid olan generaldır. Çalışaq ki, onun qanını yerdə qoymayaq”, – o qeyd edib.