Şəhid bulağının suyu hara axır? – VİDEO

  • SpaceTV
  • 4 Avqust 2020 17:32

Torpaq uğrunda ölən varsa vətəndir.Elə Zəngilan rayonundan olan Rəşad Niftəliyevdə 2016-ci ildə  düşmən tapdağı altında olan torpaqlarımız  uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Şəhid Qaradağ rayonu Müşviq qəsəbəsindəki  qəbirstanlıqda torpağa tapşırılıb.Şəhidin uyduğu məzarlıqda su problemi yaşandığı üçün 2 xeyriyyəçi tərəfindən tez bir zamanda şəhidin adına bulaqda salınır.

Şəhidin  atası  Şakir Niftəliyev deyir ki,bulaq onun şəhid oğluna görə salınsa da qəbirstanlıqda yaxınları dəfn olunan hər kəs bu bulağın suyundan istifadə edirdi.Bu baxımdan qəbirstanlığa gələn suyun kəsilib şəxsi təsərrüfata yönləndirilməsi yalnız  şəhidə deyilbu məzarlığda dəfn olunan hər kəsə hörmətsizlikdir.

Suyu kəsib şəxsi təsrrüfatına yönəltdiyi deyilənCəsarət adlı şəxsi tapmaq müşkülə çevrilsədə,şəhid məzarının yan-yörəsində əkilən ağaclara verilən suyunhansı səbəbdəndayandırıldığınıqəsəbənin bələdiyyə sədri Vüqar Əliyevə ünvanladıq.Bələdiyə sədri açıqlamasında özünün də bu problemin həllinə  uzun müddətdir ki, səy göstərdiyini,  ancaq həmin şəxsin ona da dəfələrlə söz verərək aldatdığını dedi.

Mövzu ilə bağlı Qaradağ rayon icra hakimiyyətindən bildirildi ki, bulağa gələn su xəttinin  kəsilməsi, bu suyun başqa məqsədlər üçün istifadə edilməsindən xəbərdardılar və problem yaxın günlərdə öz həllini tapacaq

 https://youtu.be/UJBl94RYx-4

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun