Şəhid bulağı – VİDEO

  • Space TV
  • 28 İyul 2020 16:59

Tovuz döyüşlərində şəhid olan general-mayor Polad Həşimov başda olmaqla bütün şəhidlərimizin xatirəsinə həsr edilən bulağın inşasında sakinlərin  hər birinin ayrılıqda bir xidməti olub.

Azərbaycan və Türkiyə bayraqları ilə əhatə olunan bulağın üstündə bəzi şəhidlərimizin şəkilləri də yer alıb. Məqsəd isə birdir. Şəhidlərimizi yad etmək, onların xatirəsini daim uca tutmaq.

Bulaqla üzbəüz, işğal altında olan rayonlarımızın işğal tarixləri də qeyd olunub.  Bu isə qan yaddaşımızı unutmamaq, o yoldan keçəndə hər kəsin bu lövhələrdə yazılanlara və şəhidlərimizin fotolarına baxıb, bizim tək bir məqsəd uğrunda bir olmağımızın vacibliyini bildirmək məqsədi daşıyır.

Onu da deyək ki, bu təşəbbüsdən sonra qonşu küçələrdə də belə addımlar atılmağa başlanılıb.

ORXAN ŞÜKÜR SPACE TV

Paylaş

 Xəbəriniz olsun