Şəhid anılıb

  • SpaceTV
  • 11 Noyabr 2019 16:50

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canını fəda edərək şəhid olan qəhrəmanlarımız unudulmur və unudulmayacaq da. Lənkəranda Milli qəhrəman Əsgər Əliyevin 45 illik yubileyinə həsr olunmuş anım mərasimi keçirilib.
1995-ci ilin mart hadisələri zamanı dövlətçiliyimiz, ölkəmizin suverenliyi uğrunda şəhid olmuşMilli Qəhrəman Əsgər Əliyevin 45 illik yubileyi qeyd olunub. O, doğulub boya-başa çatdığıLənkəranda, onun adını daşıyan parkda anılıb. Qonaqlar Milli Qəhrəmanın büstü önünə əklil və tər gül dəstələri düzüblər. Sonra Milli Qəhrəmanın anım mərasimi ehsan süfrəsi arxasında davam etdirilib. Mərasimdə Əsgər Əliyevin atası, döyüşçü yoldaşları, ailə üzvləri, şəhid ailələri və rayon ziyalıları çıxış edərək bildirdilər ki, Azərbaycanın Milli Qəhrəmanı, mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş Əsgər Əliyevin qəhrəmanlığı hər kəsə örnəkdir.

 Qeyd edək ki, Əsgər Əliyev 1974-cü il noyabrın 8-də Lənkəranın Ləj kəndində anadan olub. 17 mart 1995-ci ildə hakimiyyəti zorla devirmək cəhdi olarkən Əsgər Əliyev Milli Ordunun sıralarında hərbi əməliyyatlarda iştirak edib və qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Əliyev Əsgər Ələkbər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun