Şəhid ailələrinin mənzillə təminatı üçün yeni proqram hazırlanıb

  • Space TV
  • 18 Yanvar 2021 12:11

“Şəhid ailələrinin mənzil təminatı üçün bir necə istiqamətdə dəqiqləşdirmələr aparılır”.

Spacetv.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

O bildirib ki, bu ay ərzində bununla bağlı konkret proqramlar qəbul ediləcək: “Ölkəmizin gücü imkan verəcək ki, həm I, həm də II Qarabağ müharibəsində şəhid olan şəxslərin ailələri mənzillə təmin edilsin. Hərbi əməliyyatlar bitdikdən sonra da bir çox özəl tərəfdaşlar dəstək proqramlarında iştirak etmək niyyətində olduqlarını bildiriblər. Bu, daha güclü mesajdır ki, biz hamımız birlikdəyik”.

Paylaş

 Xəbəriniz olsun