Adıgözəlovlar ailəsi bu günün sevinci bir ömür yaşayacaqlar. 20 ildir ki, ev intizarında olan ailəyə bu gün məznil bağışlandı. Bu sevinci yaşayan 64 ailədən biri , 1-ci Qarabağ müharibəsində iştirak etmiş Nəsimi Adıgözəlov bu günkü hüzuru həyatının ən yadda qalan anı hesab edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Saray qəsəbəsində 20, Digah qəsəbəsində 12, “Göy Qurşağı” kompleksində 22, Binəqədi rayonu “Gənclər şəhərciyi” kompleksində 9, Astara rayonunda isə 1 mənzil, ümumilikdə isə yaşayış binalarından alınmış 64 mənzil şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
Öncə Saray qəsəbəsində mənzillər püşkatma yolu ilə ailələr arasında bölünüdü. Ailə üzvlərinin sayına uyğun olaraq, təqdim edilən mənzillərin 14-ü üçotaqlı , altısı isə 2 otaqlıdır.
Nazir müavini Vüsal Nəsirli bildirdi ki, cari ilin 8 ayı ərzində müharibə əlilləri və şəhid ailələrinin ümumilikdə 110 mənzil verilib. Bu ilin sonuna kimi isə bu mənzillərin sayı 800-ə çatdırılıacaq
Vüsal Nəsirlinin sözlərinə görə, nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6828 mənzil təqdim edilib.
Rəşad Vəkiloğlu