Şəhid ailələrinə mənzil verildi

  • Space TV
  • 20 Noyabr 2019 16:56

Bu günün   sevinci  özündən  əvvəl  gəldi  Səfərovlar  ailəsinə. 16 ildir ki, ev intizarında olan ailəyə  bu  gün  məznil  bağışlandı.. Bu  sevinci yaşayan 50  ailədən  biri , 1-ci  Qarabağ  müharibəsində iştirak etmiş Zaur Səfərov  bu günkü   hüzuru həyatının ən yadda qalan anı hesab edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli  qəsəbəsində yeni yaşayış  binalarından alınmış tam təmirli 50 mənzil  şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Öncə mənzillər püşkatma yolu  ilə ailələr  arasında bölündü. Ailə  üzvlərinin  sayına  uyğun  olaraq, təqdim  edilən  mənzillərin  26-sı  ikiotaqlı , 24-ü isə  3 otaqlıdır.

Bu günün sevincini yaşayanlar dövlət başçısı tərəfindən onlara göstərilən  diqqət  və  qayğıdan razıdılar.

Nazir müavini   Vüsal Nəsirli bildirdi ki, bu ilin ötən dövründə  müharibə əlilləri və şəhid ailələrinə ümumilikdə 347  mənzil verilib.

Vüsal Nəsirlinin sözlərinə görə indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və    

müharibə əlillərinə 7 mindən artıq mənzil təqdim edilib.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun