Bu günün sevinci özündən əvvəl gəldi Binnətovlar ailəsinə. 10ildir ki, ev intizarında olan ailə üçün bu gün 2 qat bayram idi, çünki dövlət tərəfindən onlara məznil bağışlandı. Bu sevinci yaşayan 100 ailədən biri , 2-ci Qarabağ müharibəsində iştirak etmiş və bir neçə il öncə həyat yoldaşını itirən Nurana Binnətovanın bu günkü hüzuru həyatının ən yadda qalan anı oldunu deyir
28 may Respublika günündə Prezident tərəfindən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsi olaraq,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli qəsəbəsində yeni yaşayış binalarından alınmış tam təmirli 100 mənzil və 50 ədədavtomobil təqdim edilib.
Öncə mənzillər püşkatma yolu ilə ailələr arasında bölündü. Ailə üzvlərinin sayına uyğun olaraq, təqdim edilən mənzillərin 70-iüçotaqlı ,30-u isə 3 otaqlıdır.
Bu günün sevincini yaşayanlar dövlət başçısı tərəfindən onlara göstərilən diqqət və qayğıdan razıdılar.
Nazir müavini Vüsal Nəsirli bildirdi ki, 3 il ərzində müharibə əlilləri və şəhid ailələrinə ümumilikdə 3 min 60 mənzil və 1265 avtomobil verilib.Həmçinin qarşıdakı iki il ərzində isə bu katekoriyadan olan 2 min ailəyə mənzil 100 ailəyə isə avtomobil veriləcək
Vüsal Nəsirlinin sözlərinə görə indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə “7 min 700”mənzil təqdim edilib.
RƏŞAD VƏKİLOĞLU SPACE TV