Şəhid ailələrinə ev verilib

  • SpaceTV
  • 2 Dekabr 2019 15:47

Sözügedən proses mərhələləi şəkildə ölkənin bütün bölgələrini əhatə edir. Bu kateqoriyadan olan insanların mənzil şəraitinin və rifah halının yaxşılaşdırılması məqsədilə silsilə tədbirlər planı həyata keçirilir. Onlara dövlət tərəfindən yeni fərdi evlər verilir. Növbəti belə bir tədbir ismayıllıda baş tutub.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri rayonda eyni kateqoriyadan olan insanlarla görüşüb. Onlarçün nəzərdə tutulmuş evlərin açarları təqdim edilib.

Qeyd edək ki, İsmayıllıda eyni kateqoriyadan olan insanlar üçün 10 fərdi ev nəzərdə tutulub. Onlardan 3-ü artıq təhvil verilib. Digər 7 mənzilin açarları isə ilin sonuna kimi öz sahiblərinə təqdim ediləcək.

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun