Şəhərsalma

  • SpaceTV
  • 5 Dekabr 2019 16:18

On illərlə heyvan saxlayan maldarların  müşahidələrilə maraqlansanız, onların əksəriyyəti çöldə yem sahələrinin qıtlaşmasından narahatlıq bildirəcək. Onların sözlərinə görə, 15-20 il qabaq, qoyun-quzu çöldə doyunca otlaya bilirdisə, son illər heyvanlar çöldən ac gəlir. Səbəbi isə, otlaqların azalmasıdır.

Məsələ haqda müraciət etdiyimiz ekspertər qeyd  edirlər ki, son dövrlər respublika üzrə istər yay, istərsə də qış otlaqlarının azalması bir çox  amillərin təsiri ilə baş verib. Əlbəttə, ilk növbədə bu sahədə nizamın pozulması, təbii otlaq ərazilərimizin xeyli hissəsinin erməni işğalına məruz qalması və bundan doğan digər fəsadlarla bağlıdır.

Mütəxəssis həmçinin antropogen faktorlar, yəni insan fəaliyyəti nəticəsində otlaqların bir qisminin sıradan çıxdığını da bildirdi. Belə ki,  otlaq üçün nəzərdə tutulan torpaqlarda müxtəlif yaşayış, istirahət və texniki obyektlərin tikilməsi buna misaldır. Onu da deyək ki, dünya təcrübəsinə görə, otlaqları az olan ölkələrdə, təsərrüfatlarda saxlanılan mal-qaranın sayından daha çox, onun cinsinin daha məhsuldar olması əsas götürülür.Xüsusən də otlaqsız, fermalarda yem ilə bəslənən cinslər saxlamağa üstünlük verilir ki, son zamanlar ölkəmizdə də bu təcrübə geniş yayılmağa başlayıb. Onu da əlavə edək ki, mütəxəsislərin rəyinə görə, coğrafi ərazimizdəki otlaqlar  3-4 milyon baş mal-qara üçün yetərli sayılsa da hazırda ölkədəki  təsərrüfatlarda 9 milyon başadək iri və xırda buynuzlu mal-qara saxlanılır. 

Zakir Muradov SPACE TV  

Paylaş

 Xəbəriniz olsun