Şəhər ərazisinə daxil olmaq istəyən koronairus xəstələri saxlanılıb

  • Space TV
  • 18 Dekabr 2020 12:05

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı karantin postundan şəhər ərazisinə daxil olmaq istəyən 2 nəfər aktiv koronairus infeksiyası daşıyıcısı aşkarlanıb.

Bu barədə Spacetv.az-a DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

məlumatda bildirilib ki, Masallı rayonunun Hacıtəpə kənd sakini Mürsəl Şükürlü və Astara rayonunun Pensər kənd sakini Fərbiyə Zəkəriyayevaya COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar Masallı şəhərinin giriş hissələrində qurulmuş stasionar postlarda müvafiq yoxlama zamanı aşkarlanaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.

Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun