Səfirdən türklərlə evlənmək istəyən rusiyalı qızlara məsləhət

  • Space TV
  • 7 Fevral 2020 16:29

Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov Türkiyə vətəndaşları ilə evlənmək istəyən rusiyalı qadınlarına məsləhət verib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

A.Yerxov rus qadınlara bu ölkənin milli-mədəni və dini xüsusiyyətləri, insanların həyat tərzi ilə tanış olmağı tövsiyə edib.

O qeyd edib ki, türk ailəsinin təfəkkürü və həyat tərzi Rusiyadakı ailə nizamından bir qədər fərqlidir, buna görə də yeni yaşayış şəraitinə uyğunlaşmaq qabiliyyəti lazımi dərəcədə qiymətləndirilməlidir.

Paylaş

 Xəbəriniz olsun