Səfir: Latviya ilə Azərbaycan arasında dostluq və konstruktiv əlaqələr mövcuddur

  • SpaceTV
  • 14 Avqust 2019 13:12

“Latviya ilə Azərbaycan arasında dostluq və konstruktiv əlaqələr mövcuddur”.

Space.TV məlumat verir ki, bunu Latviyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dainis Garançs deyib.

O bildirib ki, məqsədi iki ölkə arasında mövcud olan əməkdaşlığı dəstəkləmək və daha da genişləndirməkdir.  

Qeyd edək ki, ötən gün Riqa sarayında keçirilən xüsusi mərasimdə ölkə prezidenti Egils Levits etibarnaməni D. Garançsa təqdim edib. D. Garançs bundan əvvəl Latviyanın Ukrayna, Özbəkistan, Polşa, Qazaxıstan və İsveç səfirliklərində çalışıb. İngilis, rus, polyak və fransız dillərini bilir.

Paylaş

 Xəbəriniz olsun