Şəffaf geyimi ilə hər kəsi şoka salan tibb bacısı məşhur brendin siması oldu

  • Space TV
  • 20 İyun 2020 10:29

Şəffaf geyimdə iş yerinə gələn və bununla da ictimaiyyətin dilinə düşən rusiyalı tibb bacısı Nadejda Jukova “Zasport” idman brendinin siması olub. 

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Məlumata görə, şirkətin “Instagram” hesabında tibb bacısının fitnes geyimdə fotoları dərc olunub.Xatırladaq ki, Tula Regional Klinik Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində işləyən tibb bacısı şəffaf geyimi ilə hər kəsi şoka salmışdı.

O, müdafiə geyimində çox isti olduğu üçün belə bir addım atdığını deyib. 

Paylaş

 Xəbəriniz olsun