Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müşavirə keçirilib

  • SpaceTV
  • 9 Avqust 2019 13:16

Avqustun 9-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) Prezident İlham Əliyevin bu il iyunun 3-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə əlaqədar qurumun aparatının, eləcə də yerli idarə, şöbə və bölmə rəislərinin iştirakı ilə müşavirə keçirilib.

Space.TV- Azərtaca istinadən məlumat verir ki, müşavirədə Azərbaycanın Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışın yekunları ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ay ərzində həyata keçirilən tədbirlər təhlil edilib.

Xidmət rəisi xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xidmətin qarşısında qoyduğu tapşırıqların yüksək səviyyədə icra edilməsi məqsədilə hər bir zabit, gizir, əməkdaş xidməti fəaliyyətinin yüksəldilməsi istiqamətində əlindən gələni əsirgəməməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında həyata keçirilən uğurlu islahatlar nəticəsində bütün sahələrdə olduğu kimi, SHXÇDX-də idarəetmə müasir dövrün tələblərinə uyğunlaşdırılır.

Müşavirəyə yekun vuran general-leytenant Arzu Rəhimov görüləcək işlər və xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunması barədə tapşırıqlarını verərək bildirib ki, qurumun hər bir əməkdaşı bundan sonra da üzərinə düşən vəzifələrini şərəf və ləyaqətlə yerinə yetirməlidir.

Paylaş

 Xəbəriniz olsun