Sədrdən ABŞ-a qarşı çağırış

  • Space TV
  • 15 Yanvar 2020 10:29

İraq şiələrinin liderlərindən biri, “Mehdi ordusu”nun rəhbəri Müqtəda əs-Sədr ABŞ-ın ölkədəki varlığına və qanun pozuntularına etiraz olaraq 1 milyon insanın iştirakı ilə yürüş çağırışı edib.

SPACE TV xəbər verir ki, çağırış mətni sosial şəbəkədə yayılıb.

“Allahın əsgərləri, millətin əsgərləri, Amerika varlığına və qeyri-qanuni fəaliyyətinə etiraz olaraq 1 milyonluq yürüşə qatılın. İraqın torpağı, hava məkanı, suverenliyi işğalçılar tərəfindən qəsb edildi”, – deyə mətndə bildirilib.

Etiraz yürüşünün tarixi ilə bağlı məlumat verilməyib.

Paylaş

 Xəbəriniz olsun