Qaradağ rayonunda xuliqanlıq zəminində dava zamanı bir nəfər xəsarət alıb.
SPACE TV xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində baş verib.
Belə ki, 1992-ci il təvəllüdlü Gözəlova Elnarə Nurəddin qızı Nigar adlı şəxs tərəfindən döyülüb. E.Gözəlova xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları istintaq axtarış tədbirlərinə başlayıb.