“Sədərək” ticarət mərkəzinin anbarında yanğın baş verib

  • SpaceTV
  • 4 Avqust 2019 19:22

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Paylaş

 Xəbəriniz olsun