“Sədərək” ticarət mərkəzindəki yanğından: SON VƏZİYYƏT

  • SpaceTV
  • 5 Avqust 2019 12:42

SPACE.TV-məlumat verir ki, Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş verən yanğın zamanı ümumi müraciət edənlərin sayı 16 nəfər olub.  Səhiyyə Nazirliyindən verilən məlumata görə, onlardan 6-na yerində yardım edilib. 

Nazirlikdən bildirilib ki, qalan 10 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb: “10 nəfərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır, qalanlar yanğının söndürülməsində iştirak edən FHN və DİN əməkdaşlarıdır. Müraciət edənlərə tibbi yardım göstrildikdən sonra evə buraxılıblar” lar.

Qeyd edək ki, “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğının söndürülməsi zamanı polis əməkdaşları da böyük fədakarlıq göstəriblər. Polislər yanğının söndürülməsində, eləcə də, insanların ərazidən təxliyyə edilməsində , xəsarət alanlara köməklik göstəriblər.

Fövqəladə Hallar Nazirliyi “Sədərək” ticarət mərkəzindəki yanğınla bağlı növbəti açıqlamasını yayıb. Bildirilib ki,  “Sədərək” ticarət mərkəzinin ərazisində ümumi sahəsi 1600 m² olan müxtəlif təyinatlı anbarın yanar konstruksiyaları və içərisində olan mallarla birgə 900 m² sahədə yanıb. Anbarın qalan hissəsi və bitişik anbarlar yanğından mühafizə olunub.

Paylaş

 Xəbəriniz olsun