“Sədərək” ticarət mərkəzində daha bir faciəvi ölüm

  • Space TV
  • 22 Fevral 2021 13:48

Bakıda fəhlə iş zamanı ölüb.

Spacetv.az “Report”a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində qeydə alınıb.

Orada tikinti işləri aparılan ərazidə fəhlə işləyən Bakı sakini Qayim Burcəliyev hündürlükdən yıxılıb. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun