Səbinə Əliyevadan yaşı 65-i keçmiş məhkumlarla bağlı AÇIQLAMA

  • SpaceTV
  • 7 Aprel 2020 13:29

“Prezident İlham Əliyevin imzaladığı sərəncamla yaşı 65-i keçmiş 176 məhkum əfv edilib”.

SPACE TV xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

O bildirib ki, Prezident İlham Əliyevin humanist addımı nəticəsində həssas yaş qrupuna aid olan məhkumlar azadlığa buraxılıblar:

“Bu gün ölkə başçısının sərəncamı əsasında azadlığa buraxılan məhkumlardan ən ahılının 87 yaşı var. Bu əfv sərəncamı dövlət başçısının apardığı siyasətin, insan hüquqlarının qorunmasının bariz nümunəsidir”.

Paylaş

 Xəbəriniz olsun