Səbail rayonunda karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib

  • SpaceTV
  • 24 Aprel 2020 14:02

Səbail rayonu İ.Məmmədov küçəsində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən yeməkxana aşkar edilib. Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qeyd olunan ünvanda kafenin sahibi Söhrab İsayevin karantin qaydalarını pozaraq müştəri qəbul etdiyi məlum olub. Obyektə baxış zamanı Söhrab İsayev və orada olan 9 müştəri saxlanılaraq  Səbail RPİ-nin 8-ci Polis Bölməsinə gətirilib.Xüsusi karantin qaydalarını pozan obyekt sahibi rayon məhkəməsinin qərarı ilə 200 manat məbləğində cərimə edilib. Müştərilən barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onların hər biri 200 manat cərimə olunublar.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun