Rüşvətxor başçıların sonu

  • SpaceTV
  • 4 May 2020 13:39

İSTEFAYA GÖNDƏRİLƏN İCRA BAŞÇILARININ ÇOXU  BİR BAŞÇIYA YARAŞMAYAN SƏBƏBLƏRDƏN DOLAYI VƏZİFƏSİNDƏN AZAD EDİLİB. BELƏ Kİ, ONLARIN ÇOXU YA TƏMSİL OLUNDUQLARI RAYONDA YAŞAYANLARIN HAQQINA GİRİR, YA DA MÜƏYYƏN RÜŞVƏTXORLUQ, KORRUPSİYA MAXENASİYALARI İLƏ İTTİHAM OLUNURLAR. BİR NEÇƏ “BELƏ BAŞÇI”NIN VƏZİFƏDƏN UZAQLAŞDIRILMASI   PROBLEM TAM HƏLL OLUNDUĞU ANLAMINA GƏLMİR. ÇÜNKİ

ƏLBƏTTƏ İCRA HAKİMMƏYƏTİNƏ RƏHBƏRLİYİN MAHİYYƏTİNİ ANLAYAN, İŞİNİ BİLƏN, SAVADLI VƏ İNSANLARIN RİFAH ŞƏRAİTİNİN YAXŞILAŞDIRILMASI NAMİNƏ FƏALİYYƏT GÖSTƏRƏN BAŞÇILAR RAHATDILAR. KADR İSLAHATLARINDAN ƏSAS NARAHAT OLANLAR KABİNETLƏRİNDƏKİ KAMERAYA GÖRƏ QORXUYA DÜŞƏNLƏRDİR. ÇÜNKİ ONLAR ANLAMAĞA BAŞLAYIB Kİ, VƏZİFƏSİNDƏN BAŞQA MƏQSƏDLƏR ÜÇÜN İSTİFADƏ EDƏNLƏRİN AQİBƏTİ HEÇ DƏ YAXŞI OLMUR. NÜMUNƏ KİMİ BU İLİN FEVRALINDA 4 AYLIQ HƏBS OLUNANNEFTÇALANIN SABİQ İCRA BAŞÇISI İSMAYIL VƏLİYEV, ONUN MÜAVİNİ, TİKİNTİ ŞÖBƏSİNİN RƏİSİ, MƏRKƏZİ XƏSTƏXANIN BAŞ HƏKİMİ, TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİNİ  GÖSTƏRMƏK OLAR.

BARMAQLIQLAR ARASINA KEÇƏNLƏRİN VƏZİFƏLƏRİNƏ DİQQƏT YETİRSƏK, HƏMİN RAYONDA BÜTÜN SAHƏLƏRİN YEYİNTİ VƏ RÜŞVƏTƏ BULAŞDIĞINI GÖRMƏK OLARDI. SİYAHIYA AĞSTAFANIN SABİQ İCRA BAŞÇISI VƏ MÜAVİNİNİ DƏ DAXİL EDƏ BİLƏRİK.  BELƏ Kİ, NUZAMƏDDİN QULİYEV VƏ RAMİZ TATAROV DA OXŞAR İTTİHAMLARLA HƏBS OLUNUBLAR. ÇÜNKİ ONLARIN DA XİDMƏTİ OTAQLARINA BAXIŞ SAXLANILMAQLARINA YETƏRİNCƏ ƏSAS VERİB.

MƏN HƏLƏ 2017-2019-CU İLLƏR ƏRZİNDƏ RAYONU ABADLAŞDIRMAQ ADI İLƏ, DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN YARIM MİLYONDAN ÇOX PULU MƏNİMSƏYƏN QOCADAN DANIŞMIRAM. SÖHBƏT YEVLAXIN EKS İCRA BAŞÇISI QOCA SƏMƏDOVDAN GEDİR. RÜŞVƏTXORLUQ VƏ YEYİNTİ DAMĞASI İLƏ VƏZİFƏSİNƏ VİDA EDƏNLƏRDƏN BİRİ DƏ BİLƏSUVARIN SABİQ BAŞÇISI MAHİR QULİYEVDİR. DTX-NIN ƏMƏLİYYAT-İSTİNTAQ TƏDBİRLƏRİ NƏTİCƏSİNDƏ ONUNLA BAĞLI SƏLAHİYYƏTLƏRİNDƏN SUİ-İSTİFADƏ, TƏKRAR RÜŞVƏTALMA, MƏNİMSƏMƏ FAKTLARI ÜZƏ ÇIXARILIB VƏ HƏBS QƏRARI VERİLİB.

CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNMADAN DA BƏZİ İCRA BAŞÇILARI VƏZİFƏSİNDƏN UZAQLAŞDIRILIB VƏ ONLARIN YERİNƏ DAHA GƏNC, POTENSİALLI KADRLAR GƏTİRİLİB. ÖLKƏ BAŞÇISI YENİ BAŞÇILARI QƏBUL EDƏRKƏN ONLARA BİR DAHA XATIRLADIB Kİ, ƏN PRİNSİP  ŞƏFFAFLIQ, DÖVLƏTƏ, XALQA, VƏTƏNDAŞLARA XİDMƏT OLMALIDIR. YƏNİ DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN PULU YEYƏN VƏ XALQIN BOĞAZINDAN KƏSİB, VARLANANLARIN ÜNVANI HƏBSXANALAR OLACAQ.

ANAR RƏHİMOV  SPACE TV

Paylaş

 Xəbəriniz olsun