Rusiyanın qırıcı təyyarəsi Türkiyə səmasında uçub

  • SpaceTV
  • 16 Sentyabr 2019 15:13

Space Xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın Su-35 qırıcı və Be-200 təyyarələri Türkiyə səmasında uçublar.  Aviasiya texnologiyasının son nailiyyətləri olan təyyarələrin pilotları İstanbulun üzərində yüksək pilotaj nümayiş etdiriblər.

Rusiya təyyarələri və pilotları Türkiyədə keçirilən “Teknofest” festivalında iştirak edirlər. Burada rusların hərbi və mülki aviasiya nümunələri də təqdim olunub.

Su-35 qırıcı təyyarəsinin uçuşu 15 dəqiqə davam edib və bu müddət ərzində rus pilot mürəkkəb pilotaj fiqurlarını yerinə yetirib. Be-200 amfibiya təyyarəsi isə meşədə yanğının söndürülməsi manevrlərini nümayiş etdirib.

Paylaş

 Xəbəriniz olsun