Rusiyanın nüvə bombasından daha qorxunc silahı

  • Space TV
  • 12 Sentyabr 2020 18:55

Rusiyanın “Avanqard” raket kompleksləri ordunun “şedevridir”.

Spacetv.az xəbər verir ki, bu barədə Çinin “Sina” portalı yazıb.

Silahın döyüş xüsusiyyətlərinin onu hətta nüvə bombasından da qorxulu etdiyi qeyd olunur.

“Rusiya qoşunlarının “Avanqard”, “Sarmat” və uçuş məsafəsi 10 min kilometrdən çox olan “Yars” raketləri ilə silahlanması Birləşmiş Ştatları çıxılmaz vəziyyətə qoyacaq”, – yazıda vurğulanıb.

Bildirilir ki, ABŞ Hava Hücumundan Müdafiə sistemləri vasitəsilə “Avanqard”ları yaxalaya bilməz, çünki Rusiya raketi çox yaxşı gizlənir və fenomenal sürəti onu daha da effektli edir.

Paylaş

 Xəbəriniz olsun