Rusiyanın müxalifət lideri ölüm ayağında

  • Space TV
  • 20 Avqust 2020 11:26

Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun qurucusu, müxalifət lideri Aleksey Navalnı xəstəxanaya yerləşdirilib. Spacetv.az-ın məlumatına görə, bu barədə onun mətbuat katibi Kira Yarmış “Twitter” hesabında yazıb. Mətbuat katibinin sözlərinə görə, Tomskdan Moskvaya təyyarə ilə uçuş zamanı A. Navalnı özünü pis hiss edib, təyyarə Omska təcili eniş edib. K. Yarmış müxalifət liderinin huşsuz vəziyyətdə toksiki zəhərlənmə diaqnozu  ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyini qeyd edib.

O, vurğulayıb ki, A. Navalnı səhər ancaq çay içib. Mətbuat katibi müxalifət liderinin çayına qarışdırılan maddə ilə zəhərləndirilməsindən şübhələndiklərini əlavə edib. Omsk Xəstəxanasının baş həkimi də TASS-a açıqlamasında A. Navalnının ağır vəziyyətdə olduğunu, süni tənəffüs aparatına qoşulduğunu bildirib.

Paylaş

 Xəbəriniz olsun