Rusiyanı Cənubi Qafqazla birləşdirən Hərbi-Gürcüstan yolu bağlanıb

  • SpaceTV
  • 2 Dekabr 2019 13:47

Rusiyanı Cənubi Qafqazla birləşdirən Hərbi-Gürcüstan yolu əlverişsiz hava şəraiti ilə əlaqədar Vladiqafqazda Lars yaşayış məntəqəsində yük maşınları üçün bağlanıb.

TASS-ın məlumatına görə, bu barədə Şimali Osetiya Respublikası FHN-nin Baş İdarəsinin saytında bildirilib.

Qeyd edək ki, Vladiqafqazdan Baş Qafqaz silsiləsi ilə Tbilisiyə uzanan Hərbi-Gürcüstan yolu Rusiyanı Gürcüstan və digər Cənubi Qafqaz ölkələri ilə birləşdirir.

Paylaş

 Xəbəriniz olsun