Rusiyalı sülhməramlılar Dağlıq Qarabağın minalardan təmizlənməsində iştirak edəcək

  • Space TV
  • 17 Noyabr 2020 11:18

Rusiya məxsus “İl-76” təyyarələri Ulyanovsk-Vostoçnı aerodromundan Dağlıq Qarabağa xüsusi texnika və sülhməramlı briqadanın mühəndis-istehkamçı bölmələrini göndərir.

Spacetv.az “RİA Novosti” agentliyinə istinadən xəbər veirr ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, istehkamçılar Dağlıq Qarabağ münaqişəsi zonasında ərazilərin, yolların və obyektlərin minalardan təmizlənməsi tapşırıqlarını yerinə yetirəcəklər.

Partlayıcı maddələrin aşkarlanması və axtarışı prosesində xidməti itlərin istifadəsi də nəzərdə tutulub.

Paylaş

 Xəbəriniz olsun