Rusiyalı səfir Türkiyə ilə birgə peyvənd istehsalından DANIŞDI

  • Space TV
  • 8 Fevral 2021 17:16

Rusiyanın Birbaşa İnvestisiyalar Fondu Türkiyədən olan əməkdaşları ilə koronavirusa qarşı “Sputnik V” peyvəndinin birgə istehsalı üçün danışıqlar aparır.

Bu barədə “RİA Novosti” Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxova istinadən məlumat yayıb.

Diplomat qeyd edib ki, hər bir ölkədə olduğu kimi Türkiyədə də xüsusən xaricdə istehsal olunan dərmanların idxal və istifadəsinin rəsmi qeydiyyatı qaydalarını tənzimləyən qanunvericilik mövcuddur.

“İndiki vəziyyətdə isə bu həm də ona görə vacibdir ki, “Sputnik V” peyvəndinin Türkiyədə birgə istehsalı ehtimalı araşdırılır. Odur ki, müvafiq işlər aparılır, danışıqlar davam edir”, – deyə A.Yerxov bildirib.

Paylaş

 Xəbəriniz olsun