Rusiyalı politoloq: Makron Dağlıq Qarabağ münaqişəsindən erməni diasporuna yarınmaq üçün istifadə edir

  • Space TV
  • 2 Oktyabr 2020 17:39

Fransa Prezidenti Emmanuel Makron gözəl başa düşür ki, Dağlıq Qarabağ münaqişəsi kimi ağrılı mövzun Fransanın aralarında onun seçicilərinin də olduğu erməni diasporu üçün vacibdir.

Spacetv.az bildirir ki, bunu Trend-ə rusiyalı politoloq Andrey İvanov deyib.

O qeyd edib ki, hazırda Fransada çox güclü və çoxsaylı erməni diasporu var, E.Makron isə kifayət qədər praqmatik siyasətçidir:

“O, beynəlxalq hüquq haqqında deyil, yalnız təkrar seçilmək imkanı barədə fikirləşir. Eyni zamanda o, başa düşür ki, əgər erməniləri dəstəkləməsə, onlar Makrona səs verməyəcək, hətta hansısa üsullar ziyan da vura bilərlər”.

Politoloq vurğulayıb ki, bütün bunları nəzərə alaraq Parisin Minsk prosesində iştirakı barədə danışmaq çətindir:

“Amma vəziyyətə obyektiv baxmaq lazımdır. Fransada uzun zamandır vəziyyətə heç cür təsir edə bilmir. İndi isə, üstəlik, hər şeyi hərbi güc həll edir”.

Paylaş

 Xəbəriniz olsun