Rusiyalı məşhur müğənninin konsertində pərəstişkarı öldü

  • Space TV
  • 7 Sentyabr 2020 10:32

Rusiyalı məşhur rok-müğənni Zemfiranın konsertində ölüm hadisəsi baş verib.

Spacetv.az-ın məlumatına görə, Mk.ru xəbər yayıb. Hadisə müğənninin Sankt-Peterburqdakı konsertində olub.

Konsert zamanı iştirakçılardan birinin halı pisləşib və o, huşunu itirib. Həmin şəxsi təmiz havaya çıxarıblar. Növbətçi həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Ölümə ürəktutmasının səbəb olduğu göstərilir.

Paylaş

 Xəbəriniz olsun