Rusiyalı hərbçilər Suriyada pilotsuz təyyarələrin hücumunu dəf edib

  • SpaceTV
  • 2 Dekabr 2019 14:07

Həm Suriya hökumət qüvvələrinin, həm də onları dəstəkləyən Rusiya silahlı qüvvələrinin Həmadakı və İdlibdəki hərbi bazaları gecə iki dəfə pilotsuz uçuş aparatlarının (PUA) hücumunu dəf edib.

Lenta.ru-nun məlumatına görə, Hava Hücumundan Müdafiə sistemlərinin videosu “Al-Masdar News” tərəfindən yayımlanıb.

Nəşrin yazdığına görə, gecə lentə alınan videoda Rusiyanın Suriyaya təhvil verdiyi “Pantsir-C1” raket-top kompleksi (ZRPK) əks olunub. Bildirilir ki, onların köməyilə Suriya qoşunları Həma əyalətindəki aviabazaya zərbələrini dəf edib.

Bundan bir neçə saat sonra İdlib əyalətindəki bir aviabazaya da PUA-hücumu baş verib. Rusiya Hava Hücumundan Müdafiə qüvvələri təhlükəsiz məsafədən hədəfi endirməyə müvəffəq olub, nəticədə, heç kim zərər görməyib.

Paylaş

 Xəbəriniz olsun