Rusiyalı futbolçu 12 illik həbs cəzası aldı

  • Space TV
  • 13 Noyabr 2020 13:44

Rusiyanın “Rubin” klubunun sabiq futbolçusu Sergey Xarlamov həbs olunub.

Spacetv.az TASS-a istinadən xəbər verir ki, 47 yaşlı keçmiş müdafiəçi dələduzluğa görə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Onun Rusiyanın ən böyük maliyyə piramidalarından sayılan KPK “Rost” mütəşəkkil cinayətkar qrupunun tərkibində olması sübuta yetirilib.

2018-ci ilin sentyabrında Tatarıstan Prokurorluğu maliyyə piramidasının təşkili ilə bağlı cinayət işi üzrə ittiham aktını təsdiqləyib. İştirakın rolu və dərəcəsindən asılı olaraq, yeddi nəfər cinayət törətməkdə ittiham olunub.

Qeyd edək ki, “Rubin”in yetirməsi Sergey Xarlamov əsas komandanın kapitanı da olub. O, 1992/1993 mövsümündə və 1997 – 2004-cü illərdə komandanın formasını geyinib.

Paylaş

 Xəbəriniz olsun