Rusiyalı ekspert: “İrəvanın səylərinə baxmayaraq, KTMT ölkələri münaqişəyə qoşulmayacaq”

  • SpaceTV
  • 22 Oktyabr 2020 11:25

Ermənistanın işğalçı qüvvələri atəşkəsi pozaraq Azərbaycanın dinc əhalisini və mülki obyektlərini atəşə tutmağa davam edir. Bu, müttəfiq dedikləri Rusiyaya qarşı hörmətsizlik deyilmi? O zaman Moskvadakı danışıqların mənası nə idi?

Spacetv.az xəbər veir ki, tarix elmləri doktoru, Rusiyada Sankt-Peterburq Dövlət Universitetinin postsovet məkanında beynəlxalq münasibətlər kafedrasının dosenti Niyazi Niyazov vəziyyətlə əlaqədar Media.Az-a şərh verib.

Onun sözlərinə görə, Moskvadakı danışıqların münaqişədə gərginliyin dərhal azalmasına gətirib çıxaracağını gözləmək ən azından sadəlövhlük olardı:

“Hərbi əməliyyatların aktiv bərpasının ATƏT-in Minsk Qrupunun himayəsi altında 26 il davam edən “münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar prosesi”nin uğursuzluğunun birbaşa nəticəsi olduğu açıq-aşkar görünür”.

Ekspert bildirib ki, 2020-ci ilin yayında vəziyyətin kəskinləşməsindən sonra hazırkı Ermənistan rəhbərliyinin danışıqlar prosesini əngəlləməsi Azərbaycan hakimiyyətini iki seçim – ya işğal olunmuş ərazilərin zor gücünə azad etmək, ya da gələcək danışıqlar üçün erməni farvaterini izləmək qarşısında qoydu.

“Əvvəldən aydın idi ki, Azərbaycan rəhbərliyi ikinci yolu seçməyəcək, çünki fəaliyyətində yalnız beynəlxalq hüquq normalarına deyil, həm də 1994-cü ildə atəşkəsinin imzalanmasından sonra ölkənin fəal şəkildə inkişaf etdirilən Silahlı Qüvvələrinin gücünə etibar edir”, – deyə müsahib əlavə edib.

O, Rusiyaya hörmətsizlik məsələsinə gəldikdə isə qeyd etdi ki, Ermənistan-Rusiya tandemində İrəvanın rəsmi olaraq asılı rolunda çıxış etməsinə baxmayaraq, beynəlxalq arenada tez-tez, xüsusən Qarabağ nizamlanması məsələlərində vəziyyətə Rusiyanın maraqlarından deyil, öz baxışı ilə nəzər edir.

“Çox vaxt bu baxış reallığa uyğun gəlmir və bu, Moskvanın günahı deyil”, – deyə professor vurğulayıb.

O, Rusiyanın hər zaman Ermənistana bölgədəki bir çoxları tərəfindən Moskvanın İrəvana dəstəyi kimi qəbul edilən davranışlarından narazı qaldıqlarını açıq şəkildə göstərməməsinin isə ayrı bir problem olduğunu dilə gətirdi.

Ermənistana pulsuz və ya kreditlə silah verilməsinə gəldikdə isə o bunu Moskvanın ən vacib səhvi adlandırdı.

N.Niyazov şərhində Moskva danışıqlarına da toxunub. Onun sözlərinə görə, bu danışıqlar faktiki olaraq tərəflərə ölənlərin cəsədlərini döyüş bölgəsindən toplamaq və çıxarmaq imkanı vermək üçün idi.

Paylaş

 Xəbəriniz olsun