Rusiyadan təxliyə edilən Azərbaycan vətəndaşları ilə görüşlər keçirilib

  • Space TV
  • 28 Avqust 2020 15:07

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları koronavirus pandemiyası ilə əlaqədar Rusiyadan təxliyə edilərək vətənə qayıdan Azərbaycan vətəndaşları ilə görüşlər keçiriblər.

Nazirlikdən “Report”a verilən məlumata görə, həmin vətəndaşların, eləcə də ailələrinin mövcud sosial vəziyyətləri öyrənilib.

Onların qarşılaşdıqları və nazirliyin səlahiyyət dairəsinə aid məsələlərin qeydiyyatı aparılıb.

Bu məsələlərin (o cümlədən əlilliyin təyinatı, pensiya təminatı və s.) həllində qanunvericilik çərçivəsində onlara və ailələrinə ehtiyac duyduqları sosial dəstəyin göstəriləcəyi bildirilib.

Paylaş

 Xəbəriniz olsun