Rusiyadan mobil telefon və dərman vasitələrinin gətirilməsinin qarşısı alınıb

  • SpaceTV
  • 21 Sentyabr 2020 11:29

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları ölkəyə qanunsuz yolla müxtəlif əşyalar, dərman və kosmetik vasitələr keçirməyə çalışan şəxsi saxlayıblar.

Bu barədə DGK məlumat yayıb.

Bildirilib ki, Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsinin salonunda əşyalar qoymaq üçün nəzərdə tutulan yerlərdə gömrük orqanlarına bəyan edilməyən altı ədəd müxtəlif markalı mobil telefon və aksesuarları, müxtəlif adda 258 ədəd həb, 93 kapsul, beş ampul, iki flakon və bir ədəd maz olmaqla dərman preparatları, həmçinin 44 ədəd qarışıq kosmetik məhsullar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun