Rusiyada koronavirusa yoluxanların sayında artım son günlərdə davam edir.
SPACE TV bildirir ki, son 24 saatda ölkənin 57 bölgəsində 1786 yeni yoluxma halı qeydə alınıb. Bununla da, ölkədə ümumi yoluxma sayı 11 min 917 olub. Yoluxmaların çoxu paytaxt Moskvada qeydə alınıb. Yeni qeydə alınan yoluxmaların yarısından çoxu 45 yaşın altındadır.
Rusiyada bu günə qədər virusdan 94 nəfər həyatını itirib.