Rusiyada texniki nasazlıq COVID xəstələrinin ölümünə səbəb oldu

  • Space TV
  • 10 Fevral 2021 15:16

Rusiyanın Moskva vilayətinin Odintsovo şəhərindəki Nikolskaya xəstəxanasının reanimasiya şöbəsində üç nəfər oksigen verilməsinin kəsilməsi səbəbindən ölüb.

Spacetv.az TASS-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, oksigenin verilməsinin dayandırılmasına texniki nasazlıq səbəb olub.

Hüquq-mühafizə orqanlarındakı mənbənin TASS-a verdiyi məlumata görə, oksigen verilməsində kəsinti xəstəxananın COVID bölməsində baş verib. Mənbənin məlumatına görə, nasazlıq səbəbindən nə yanğın, nə partlayış olub. Hazırda faktla bağlı istintaq tədbirləri görülür.

Paylaş

 Xəbəriniz olsun