Rusiyada təyyarənin qəzaya düşmə anı

  • Space TV
  • 9 Fevral 2020 18:38

Rusiyanın Komi Respublikasında qəzaya uğrayan təyyarənin görüntüləri yayılıb.

Ren.tv-nin məlumatına görə, “Utair” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Komi Respublikasının Usinsk aeroportunda təcili eniş edib.

 Xəbərdə bildirilir ki, eniş edən zaman təyyarə sürətlə yerə çırpılıb və quyruq hissəsi zədələnib.

Bu zaman təyyarə eniş zolağından çıxıb. Göyərtəsində 88 sərnişin və 6 ekipaj üzvü olan təyyarədə xəsarət alan olmayıb.

Paylaş

 Xəbəriniz olsun