Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb

  • SpaceTV
  • 9 İyul 2020 10:15

Rusiyada sərnişin təyyarəsi Kunaşir adasının (Saxalin vilayəti, Kuril arxipelaqı) aeroportuna eniş edərkən qəzaya uğrayıb.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Cənubi Kuril adaları meriyasından verilən açıqlamada qeyd olunur ki, sərnişin təyyarəsi enişdən sonra həyata keçirilən dönmə əməliyyatı zamanı qəzaya uğrayıb.

Təyyarə “Avrora” aviaşirkətinə məxsusdur.

Hadisə zamanı sərnişinlər arasında ölən və yaralanan olmayıb.

Paylaş

 Xəbəriniz olsun