Rusiyada sərnişin təyyarəsi qəzadan son anda xilas oldu

  • Space TV
  • 27 Dekabr 2019 11:30

Moskvada “Şeremetyevo” aeroportunda “Sukhoi Superjet” sərnişin təyyarəsi uçuş-eniş zolağından qrunt yola çıxıb.

Bu barədə TASS xəbər yayıb.

Məlumata görə, təyyarə Moskva-Samara reysini həyata keçirməyə hazırlaşıb. Həmin vaxt göyərtədə 74 sərnişin və beş heyət üzvü olub. Onlar arasında zərərçəkənin olmadığı bildirilir.

“Sərnişinlər arxa qapıdan ştat rejimdə təxliyyə olunublar, zərərçəkən yoxdur, hava gəmisinə xəsarət dəyməyib”, – deyə aviaşirkətin Mətbuat Xidməti xəbər verib.

Hadisənin səbəbləri araşdırılır.

Paylaş

 Xəbəriniz olsun