Rusiyada sərnişin avtobusu atəşə tutuldu – FOTO

  • Space TV
  • 10 Noyabr 2020 16:20

Rusiyanın Çelyabinsk vilayətində sərnişinlə dolu avtobus atəşə tutulub.

Spacetv.az Vesti.az-a istinadən xəbər verir ki, atəş pnevmatik silahdan açılıb.

Hadisə Traktorozavodski rayonunda baş verib. Yerli sakinlər axşam saatlarında avtobusda getdikləri zaman birdən atəş səsləri eşidilib və şüşə qırıntıları insanların üzərinə düşüb.

Sərnişinlər naməlum şəxslərin mikroavtobusa silah atdığını iddia ediblər. Xoşbəxtlikdən heç kim zərər görməyib, amma hamı şok vəziyyətindədir.

Nəqliyyat vasitəsinin pəncərələri qırılıb, təkərləri zədələnib.

Hadisənin sürücülər arasında münaqişə zəminində baş verdiyi təxmin edilir.

Paylaş

 Xəbəriniz olsun