Rusiyada səhiyyə naziri koronavirusa yoluxdu

  • Space TV
  • 30 Aprel 2020 10:49

Rusiyanın Tula vilayətinin səhiyyə naziri Aleksey Erkdə COVID-19 aşkarlanıb.

SPACE TV  “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Tula vilayətinin hökuməti açıqlayıb.

Məlumata görə, nazirin vəziyyəti yaxşı olduğuna görə işini davam etdirəcək.

Xatırladaq ki, Rusiyada koronavirusa yoluxma faktlarının sayı 100 000-ə yaxınlaşıb. Ölkədə 972 nəfər pandemiyanın qurbanı olub.

Paylaş

 Xəbəriniz olsun