Rusiyada şəhər meri həbs edildi

  • Space TV
  • 13 Noyabr 2020 14:56

Rusiyanın Tomsk şəhərinin meri İvan Klayn hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Spacetv.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Qeyd olunur ki, səhər saatlarında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları merin çalışdığı inzibati binaya daxil olub.

İ.Klayn hüquq-mühafizə orqanlarından iclasın bitməsinə qədər gözləməyi xahiş edib.

Bir müddət sonra o, çalışdığı iş yerindən əli qandallı şəkildə çıxıb.

Merə qarşı cinayət işinin açıldığı bildirilir.

Paylaş

 Xəbəriniz olsun