Rusiyada quş qripi yayıldı

  • Space TV
  • 14 Avqust 2020 14:06

Rusiyanın Omsk vilayətinin üç rayonunda quş qripi xəstəliyi aşkarlanıb.

Spacetv.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

Yaşayış məntəqələrində karantin tətbiq ediləcəyi bildirilir.

Yoluxmuş quşlar məhv ediləcək, fermerlər kompensasiya alacaqlar.

İnfeksiyanın səbəbi qeyd edilmir.

Rusiyada quş qripi bu il ilk dəfə avqustun əvvəllərində Çelyabinsk vilayətində aşkarlanıb.

Yüksək patogenli quş qripi tənəffüs yolları və mədə-bağırsaq traktına təsir edən kənd təsərrüfatı və vəhşi quşların kəskin virus xəstəliyidir.

Paylaş

 Xəbəriniz olsun